Keçmiş sevgilisini uçurumdan aşağı atmaq istədi

Keçmiş sevgilisini uçurumdan aşağı atmaq istədi
DÜNYA
13:27 05.07.2024
162
Keçmiş sevgilisini uçurumdan aşağı atmaq istəyən kişi onu görən hər kəsi şoka salıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Nevşehir bölgəsində baş verib.
 
Belə ki, keçmiş sevgilisini 2 rəfiqəsilə maşında mənzərə seyr edərkən görən kişi maşını qızın maşınının üstünə sürərək onu uçurumdan aşağı atmaq istəyib. Gənc qızlar  son anda maşından düşərək xilas olublar. Kişi əməli törədərkən uğurlu olmadığını görüb və maşından enərək qızlara təhqir yağdırmağa başlayıb.

Sonra isə qaçaraq hadisə yerini tərk edib.

Polis araşdırmalara başlayıb.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR