Keçmiş sevgilisinin evinə girmək istəyən oğlan qızın atası tərəfindən öldürüldü

Keçmiş sevgilisinin evinə girmək istəyən oğlan qızın atası tərəfindən öldürüldü
DÜNYA
00:05 01.09.2022
653
Keçmiş sevgilisinin evinə girmək istəyən gənc qızın atası tərəfindən öldürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatında keçmiş sevgilisinin evinə girmək istəyən Ceyms Reyl adlı gənc qızın atası tərəfindən güllələnib. 

ABŞ-ın Ohayo ştatının Sidney şəhərində yaşayan Ceyms Reyl ondan əvvəl ayrılan sevgilisinin evinə gedib. Daha sonra Reyl evin qapısını sındıraraq içəri girmək üçün aqressiv hərəkətlərə başlayıb.

Bu zaman gənc qızın atası hücum edən şəxsə "Mənim silahım var, sənə xəbərdarlıq edirəm, uzaq dur”,- deyib. Lakin Ceyms Reyl evin qapısını sındırmağa davam edib. Bu səbəbdən qızın atası həmin şəxsə 3 atəş açıb.

Ceyms Reyl hadisə yerində dünyasını dəyişib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR