Keçmiş tələbə rektoru məhkəməyə verir

Keçmiş tələbə rektoru məhkəməyə verir
MARAQLI
11:25 16.11.2011
870

Müsavat Gənclər Təşkilatının sədri, Tural Abbaslı Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovu məhkəməyə verir. Bu barədə “Yeni Müsavat”a T.Abbaslının anası B.Abbasova məlumat verdi.

B.Abbasova dedi ki, bu işlə tanınmış vəkil İntiqam Əliyev məşğul olacaq. İctimai Palatanın (İP) 2 aprel mitinqi zamanı polis tərəfindən saxlanılan T.Abbaslı barəsində həbs hökmü çıxarılandan iki gün sonra- aprelin 6-da BDU-dan qovulub. O, universitetin jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alırdı.

OXŞAR XƏBƏRLƏR