Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO

Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
DÜNYA
13:58 14.08.2025
142

1955-ci ildə Almaniyada anadan olan Brüs Uillis uşaqlıqda kəkələmə problemi yaşasa da, teatr səhnəsində bunu aşaraq aktyorluğa addım atdı. 1980-ci illərdə "Ay işığı” serialı ilə tanındı, 1988-ci ildəki "Məğlubedilməz” filmi isə onu dünya ulduzuna çevirdi.

"Kriminal qiraət”, "12 meymun”, "Beşinci element”, "Armageddon” və "Altıncı hiss” kimi filmlərlə zirvəyə yüksəldi. İki dəfə ailə quran aktyorun beş qızı var.

2022-ci ildə ona afaziya (beyin zədəsi nəticəsində danışıq və anlama qabiliyyətinin zəifləməsi) diaqnozu qoyuldu, 2023-cü ildə dəqiqləşdirildi. Bu səbəbdən o, səhnədən uzaqlaşaraq ailəsi ilə sakit həyat sürür.

Dünyanın ən sevilən qəhrəmanlarından biri, gərgin süjetli filmlərin ulduzu, cəsurluğu və qorxmazlığı ilə yadda qalan Brüs Uillis haqqında BAKU TV-nin araşdırmanı təqdim edirik:

 

OXŞAR XƏBƏRLƏR