Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ
SİYASƏT
09:15 23.02.2022
600
Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
OXŞAR XƏBƏRLƏR