Kəlbəcərdə jurnalistlərlə birlikdə minaya düşən məmur hadisədən danışıb

Kəlbəcərdə jurnalistlərlə birlikdə minaya düşən məmur hadisədən danışıb
SOSİAL
18:17 12.06.2021
524
"Biz çəkiliş qrupu ilə birgə Susuzluq kəndinə gedirdik, artıq kənddə idik. "Əzgillik" adlandırılan ərazidən keçirdik ki, avtomobilimiz minaya düşdü. Mən kabinədə qapı tərəfdə, ortada isə AZTV-nin əməkdaşı Emin (Emin Məmmədov - red) əyləşmişdi. Telefonumla çəkiliş edirdim və yolun sağında bir dağılmış ev vardı. O evi tanış kəndçimizin evinə oxşatdım və istədim kameranı döndərib oranı çəkim. Lakin anidən partlayış baş verdi".

Bunu Kəlbəcərdə media nümayəndələri ilə birgə minaya düşən rayonun Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kamil Abdullayev "Report"un Qərb Mərkəzinə müsahibəsində deyib.

Onun sözlərinə görə, partlayışdan dərhal sonra maşın yanmağa başlayıb: "Hadisə nəticəsində mən və Emin başımızdan yaralanmışdıq. Sürücü də yüngül yaralanmışdı. Onlara dedim ki, özlərini itirməsinlər. Mən keçmiş döyüşçü olmuşam, özümü itirmədən tez "KamAZ"ın qapısını açdım, maşından düşüb kənarlaşdıq. Maşın tamam dağılmışdı. Bu zaman maşının kuzovunda olan Yanşaq kənd icra nümayəndəliyinin əməkdaşı Şöhrət Cəfərovun səsi gəldi. Baxdıq ki, yarı huşsuz halda dağılmış avtomobilin dəmirlərinin üzərindədir. Tez onu sürüyüb ordan çıxardıq. Daha sonra digərlərini axtarmaq üçün maşına yaxınlaşmaq istədik. Lakin birdən avtomobilin yanacaq çəni partladı. Biraz gözləyib təzədən avtomobilə yaxınlaşdıq və gördük ki, heç kim yoxdur. Birdən gözüm avtomobilin qabağındakı yola sataşdı. Gördüm ki, bir meyit bəridə, biri də ondan biraz kənardadır. Bu vaxt polislər də əraziyə çatdı. Orda media əməkdaşından biri dedi ki, yolda görünən meyitlərdən biri AZTV-nin əməkdaşı Siracın (Sirac Abışov - red), digəri isə AZƏRTAC-ın müxbiri Məhərrəmindir (Məhərrəm İbrahimov - red). Mən illərdir müavinim olan Arifi (Arif Əliyev - red) axtarırdım. Hadisə yerində olanlardan kimsə dedi ki, yoldan aşağıda daha bir meyit var. Düşündüm ki, o Arifdir. Lakin sonra meyitlərə yaxınlaşdıq. Onda bildim ki, Arifin meyiti elə maşının yaxınlığına düşəndir. Dərəyə düşən isə Siracın meyiti idi. Sonra məni və digər xəsarət alanları NİVA ilə hospitala gətirdilər".

K.Abdullayev avtomobilin qabaq təkərinin minaya düşdüyünü ehtimal edir: "Maşının sürəti çox idi. Yola tank əleyhinə mina basdırıblar. Həmin minalar isə bir neçə saniyə içərisində patlayır. Çox güman ki, maşının ön təkəri minanı işə salıb və kabinə ilə kuzov arasında olan hissədə isə partlayıb. Partlayışın gücü maşını göyə qaldırdı və tərs istiqamətə çevirdi. Həmin an çəkiliş etdiyim telefon əlimdən kabinəyə düşdü və kamera bir neçə dəqiqə yuxarını çəkib. Kadrlardan da göründüyü kimi, minanın partlayışı o qədər güclü olub ki, avtomobilin bəzi dəmir parçaları göydən düşürdü. Minanın öncədən və ya sonradan basdırıldığı barədə bir söz deyə bilmərəm. Amma mən bildiyimə görə, həmin yol işlək olub və orada heç bir mina aşkarlanmayıb".

K.Abdullayev hazırda ev şəraitində müalicə alır.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb