Kəlbəcərdə minaya düşərək həlak olan şəhid dəfn olundu

Kəlbəcərdə minaya düşərək həlak olan şəhid dəfn olundu
SOSİAL
17:10 06.08.2022
385
Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub.

Onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR