Kəlbəcərdə qaz sızması nəticəsində xəsarət alanların adları məlub olub.
AZXEBER.COM "Report"a istinadən bildirir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində işləyən fəhlələrdir.
Faktla bağlı araşdırma aparılır.