Kəlbəcərdə qaz sızması ilə bağlı rəsmi AÇIQLAMA

Kəlbəcərdə qaz sızması ilə bağlı rəsmi AÇIQLAMA
HADİSƏ
23:54 26.08.2025
223
Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən AZXEBER.COM-a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR