Kəlbəcərdə yük avtomobili dərəyə aşdı - ölən var

SOSİAL
10:46 14.11.2022
887
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi "KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR