Kəlbəcərə icazəsiz keçməyə çalışan qardaşlar saxlanıldı

Kəlbəcərə icazəsiz keçməyə çalışan qardaşlar saxlanıldı
SOSİAL
10:55 05.08.2021
609
Avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb. 

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər. 

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. 
OXŞAR XƏBƏRLƏR