Kemal Doğulu qan içində xəstəxanaya aparıldı - İntihar iddiası

Kemal Doğulu qan içində xəstəxanaya aparıldı - İntihar iddiası
MAQAZİN
14:38 17.06.2016
4668
Tanınmış türk modelyer Kemal Doğulu ağır qəza keçirib.
Doğulu dünən Beyoğlundakı evindən çıxarkən pilləkanlardan yıxılıb. Ev sahibi modelyeri huşsuz vəziyyətdə, qan içində tapıb. O, Taksim Acıbadem xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan və həyati təhlükəsi davam edən modelyerin intihar edə biləcəyinə dair fikirlər də səsləndirilir.
İddialara görə, Kemalın 150 000 dollar borcu var. Bu səbədən də depressiyaya düşən modelyer 1 aydan çoxdur psixoloji müalicə alır. Kemal üçün xəstəxanaya gələn həmkarı Nur Yerlitaş onun intihara cəhd etdiyinə inanmadığını bildirsə də, olduqca qəribə açıqlama verib: “Kemal çox yaxşı uşaqdır, amma bəziləri əl birliyi ilə onu bu hala gətirdilər. Bunun səbələrini bilirəm, bəlkə bir gün hər şeyi izah edərəm”.
Modelyerin hazırki vəziyyətilə bağlı qardaşı, tanınmış aktyor Kadir Doğulu məlumat verib. O, hər kəsdən qardaşı üçün dua etməsini xahiş edib: “Qardaşımın vəziyyəti təhlükəli olaraq qalır. Həkimlər əlindən gələni edib, edirlər də. Bütün ailə yanındayıq. Kritik günləri keçirməsi üçün dua edirik. Bu mübarək günlərdə siz də qardaşım üçün dua edin... Əvvəl qardaşım yaxşı olsun, sonra nələr olduğu izah edilər. Xahiş edirəm, ailəmizdən başqa verilən açıqlamaları ciddiyə almayın”.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR