Yeşilçam və türk kinosunun unudulmaz aktyorlarından olan Kemal Sunalın 1984-cü il model "Mercedes” avtomobilinin hazırkı sahibi Ahmet Yılmaz avtomobili satışa çıxarıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, maşının hazırkı sahibi bildirib ki, maşını alacaq şəxs təkcə pulu ödəməli deyil, Kamal Sunalın xatirəsinə də hörmət etməlidir:
"Bu maşını 2007-ci il İstanbulda yaşayan bir dostum vasitəsilə almışam Maşını alanda anladım ki, Kamal Sunala məxsusdur. Bilmirdim. Bunu biləndə çox sevindim və o gündən etibarən maşının məsuliyyətini öz üzərimə götürdüm".
Kamal Sunalın həyat yoldaşı Gül Sunalın daha əvvəl avtomobili almaq istəmədiyini qeyd edən Yılmaz "Mərhum Kamal Sunalın vəfatından sonra 72-ci ad gününə dəvətlə avtomobillə qatıldım. Kamal Sunalın həyat yoldaşı və yaxınları maşına böyük maraq göstərdi. Hətta həyat yoldaşı və qızı da çox emosional idi" - deyə bildirib.
Mikayıl