Kəmalə Ağazadə: Tapılan qızlar "Azərbaycan Uşaqları" İB-nin sığınacağına yerləşdirilib

Kəmalə Ağazadə: Tapılan qızlar "Azərbaycan Uşaqları" İB-nin sığınacağına yerləşdirilib
SOSİAL
11:30 27.04.2025
310
Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Bu barədə Apa-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 azyaşlı təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var”.
OXŞAR XƏBƏRLƏR