Kəmaləddin Heydərov Qəbələyə gedir

Kəmaləddin Heydərov Qəbələyə gedir
SOSİAL
15:23 16.08.2022
371

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 avqust 2022-ci il tarixdə Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək.

 

AZXEBER.COM nazirliyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 18 avqust 2022-ci il tarixdə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq. 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR