Kəmaləddin Heydərov Qəbələyə getdi, izdiham yaşandı - VİDEO

Kəmaləddin Heydərov Qəbələyə getdi, izdiham yaşandı - VİDEO
SOSİAL
13:46 19.08.2022
1604
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.

Hazırda qəbul davam edir.

12.30

Bu gün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Qəbələ şəhərində qəbulu keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, general-polkovnikin qəbulunda izdiham yaşanıb.
 
Həmin görüntüləri təqdim edirik:

 

 

OXŞAR XƏBƏRLƏR