Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Kəmaləddin Heydərov rəisi işdən çıxardı
SOSİAL
20:37 15.10.2025
152
Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

AZXEBER.COM xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.

/Qaynarinfo
OXŞAR XƏBƏRLƏR