Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, zəlzələ ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".
***
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərovla icra başçısı Tahir Məmmədov hadisə nəticəsində zərər görmüş evlərə baş çəkiblər.