AZXEBER.COM-un məlumatına görə, IBF, WBCA və WBO versiyaları üzrə kəmər uğrunda və reytinq xarakterli döyüşlər keçirilib.Hər kəsin böyük maraqla gözlədiyi görüşdə WBO – IBF versiyaları üzrə Avropa kəmərləri uğrunda “Qəbələ”nin boksçusu Fariz Məmmədov almaniyalı döyüşçü Pelkə məğlub olub.
Görüşdən öncə diqqətçəkən məqam Farizin rinqə “Bayatı-Şiraz” sədaları altında daxil olması olub. Daha sonra müğənni Azərinin canlı ifasında Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə halla naziri Kəmaləddin Heydərov və «Qəbələ» İdman Klubunun prezidenti Tale Heydərov da döyüşləri birbaşa Qəbələ İdman Kompleksindən izləyib.
AZXEBER.COM həmin görüntüləri təqdim edir:
