Kəmaləddin Heydərov Xaləddin İsgəndərovu necə "batırır"? - TƏFƏRRÜAT

Kəmaləddin Heydərov Xaləddin İsgəndərovu necə "batırır"? - TƏFƏRRÜAT
SOSİAL
13:18 24.10.2016
12142

Oktyabrın 17-dən Binəqədi sakinlərinin həyatı cəhənnəmə dönüb, rayon uğursuz Venesiyaya çevrilib. Bakıya yağan yağışın üstündən az qala bir həftə keçməsinə baxmayaraq, Binəqədi sakinləri sözün əsl mənasında üzə-üzə yaşayır.

İstəyən "yağış"ın önünə bir "aramsız" sözü də əlavə edib cümləni gücləndirə bilər. Sanki, bir ay dayanmadan leysan yağıb, Xəzər dənizi daşaraq Binəqədini öz ağuşuna alıb.

Əslində yağış heç də aramsız yağmayıb, heç təbii fəlakət həddində də olmayıb. Sadəcə, uğursuz şəhər planı, yarıtmaz məmurlar sayəsində sakinlər evlərindən küçəyə çıxa bilmir, işə üzə-üzə getmək məcburiyyətində qalıb. Evdən çıxanlar mənzil başına çatana qədər iki dəst paltar dəyişməli olur.

Və təbii ki, vəziyyətin bu həddə çatmasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgənədovunun da "əməyi" az deyil. Başçı "Təmiz Binəqədi" deyə-deyə, Binəqədini Venesiya şəhəri ilə "qardaşlaşdırdı". Amma Xaləddin müəllimin digər işləri kimi, bu işi də uğursuz oldu. İndi insanların həyatını cəhənnəmə çevirən qərarlar sakinlər kimi, Xaləddin İsgəndərovun özünü də çətin vəziyyətə salıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Binəqəddinin bu günə düşməsinin əsas günahkarı İcra Hakimiyyəti olsa da, digər dövlət qurumlarının da məsuliyyəti az deyil. 

İcra Hakimiyyətindəki mənbənin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Binəqədidə yaranmış vəziyyətin medianın gündəmindən düşməməsi, sosial mediada geniş müzakirələrə səbəb olması, baş verənlərə görə hökumətin tənqid edilməsi və sakinlərin keçirdiyi aksiya hakimiyyətin yuxarı dairələrini əsəbiləşdirib.

Mənbə bildirir ki, Xaləddin İsgəndərova vəziyyəti tez bir zamanda düzəltmək tapşırığı verilib. Lakin icra başçısı təkbaşına yağışın fəsadlarını aradan qaldırmaqda çətinlik çəkdiyini deyib. O, bununla bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət etsə də, hələ heç bir cavab ala bilməyib. Buna səbəb isə fövqaladə hallar naziri Kaməllədin Heydərovla Xaləddin İsgəndərovun "krişa"sı hesab edilən vergilər naziri Fazil Məmmədov arasındakı soyuq münasibətlər göstərilir.

"Fövqəlnazir" bildirib ki, Xaləddin İsgəndərov problemini özü həll etməlidir. Yəni bu günə qədər qarış-qarış satdığı Binəqədini ağuşuna almış yağış sularını indi özü qarış-qarış təmizləməlidir. 

FHN-dən umduğu dəstəyi ala bilməyən Xaləddin İsgəndərovun vəziyyəti isə günü-gündən pisləşir. Yuxarıların verdiyi möhlət başa çatmaq üzrədir, Binəqədinin küçələri isə hələ də böyük gölməçələri xatırladır. Və ən dəhşətlisi odur ki, Binəqədi sakinləri üçın həyat hələ də normal axarına düşməyib...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər