Kəmaləddin Heydərov özbək həmkarı ilə görüşüb

Kəmaləddin Heydərov özbək həmkarı ilə görüşüb
SOSİAL
17:09 03.10.2017
1487

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

 

AZXEBER.COM-un FHN-nin saytına istinadən məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin ölkəmizə ilk dəfə rəsmi səfərə gəldiyini və bu səfərin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan nazir Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanla Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə, qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayev hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib. Qonaq fövqəladə hallar sahəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışıb.

 

Sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə tədbirlər  Planı” imzalanıb. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalauıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi