Kəmaləddin Heydərovun "dayısı oğlu" məhkəmə qarşısında

Kəmaləddin Heydərovun "dayısı oğlu" məhkəmə qarşısında
SOSİAL
11:13 24.10.2016
2191
Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Məhərrəmov adlı şəxsin işinə baxılır. O, «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi olsa da, bu cinayət işi üzrə zərərçəkmişlər onu Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi tanıyıblar. Həm də nazir Kəmaləddin Heydərovun «dayısı oğlu» kimi... Bunu zərərçəkmişlər məhkəmədə deyiblər.

Nazir də məslədən xəbərdardır
 
Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə suçlanır. İttihama görə, o, yaxınlarını FHN-də işə düzəltmək adı ilə ayrı-ayrı adamlardan külli miqdarda pul alıb. Amma nəticədə nə iş düzəlib, nə də verilən pullar qayıdıb. Zərərçəkmişlər deyir ki, Əlövsət Məhərrəmov «Azərbaycan Dəmir Yolları» QSC-nin qərargah rəisi olsa da, FNH-nin formasını geyinib. Onları bu adamın nazirliyin «polkovniki», nazirin də «dayısı oğlu» olmasına həm də geyimi inandırıb.

Pullarının qaytarılmasını tələb edən zərərçəkmişlərin sözlərinə görə, Kəmaləddin Heydərov da məsələdən xəbərdardır. Onlar aldadıldıqlarını başa düşəndən sonra toplaşıb nazirliyə gediblər, başlarına gələnləri ərizə şəklində orada qəbuluna düşdükləri məmura təqdim ediblər. Dediklərinə görə, bundan sonra məsələ araşdırılıb və Əlövsət Məhərrəmov həbs olunub. 

4-10 min manat pul veriblər
 
Bu iş üzrə zərərçəkmişlərin sayı 50-dən çoxdur. Onların bir qismi özü, bir qismi isə yaxınlarının işə düzəlməsi üçün 4-10 min manat pul verdiklərini deyirlər. Cinayət işinin materiallarına görə, Əlövsət Məhərrəmov pul aldığı adamlara bildirib ki, işə düzəlmək üçün əvvəlcə Ukraynada kurs keçmək lazımdır. Üç aylıq kursdan sonra onlar işə düzəlməli imişlər. İlkin ödəniş olaraq alınan 4 min manat da Ukraynaya yolpulu və s. xərclər üçün lazım imiş...

Məhkəmənin gedişində zərərçəkmişlər Əlövsət Məhərrəmovun hələ də onların pulunu qaytarmamasına kəskin etirazlarını bildiriblər. Deyiblər ki, Məhərrəmovun buna imkanı da çatır. «Novxanıda dördmərtəbəli villan var. Niyə satıb camaatın pulunu vermirsən?», - deyə zərərçəkmişlər yerindən qışqırıb.

«İş düzəlmədi,pulumuzu da ala bilmirik»

«Onu atam tanıyır. Pulu da atam vermişdi. Ukraynada oxuyub qayıdandan sonra işə düzələcəkdim. Yalandan getdim-gəldim. Amma iş düzəlmədi. İndi də pulumuzu ala bilmirik. Artıq bu işdən yorulmuşam. Cəzası nədirsə, verin, gedib çəksin», – məhkəmədə ifadə verən Fariz Bədəlov deyib. O, 4100 manatının batdığını deyir. Başqa bir zərərçəkmiş Elçin Ağayev məhkəmədə ifadəsində deyib ki, atası onu FHN-ə işə düzəltmək üçün Əlövsət Məhərrəmova 10 min dollar verib. Məhkəmədə Əlövsət Məhərrəmovun təşkil etdiyi kurslarda dərs deyən müəllim Vaqif Sərdarov da ifadə verib. Hüquq-mühafizə orqanlarında 20 il xidmət etdiyini və polkovnik olduğunu deyən şahid Əlövsət Məhərrəmovun yanında işə düzəldiyini, kursda dərs dediyini təsdiqləyib. Əlavə edib ki, həmin kurslarda cəmi 6-7 nəfər iştirak edirdi.

Məhkəmə prosesi davam edir. (Azadliq.org)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər