Nəğməkar-şair Baba Vəziroğlu Azərbaycanın fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərovun bəstələdiyi mahnının tamamlanmaq üzrə olduğunu deyib.
AZXEBER.COM-a danışan B.Vəziroğlu, xalq artisləri Flora Kərimovanın oxuyacağı mahnının bəstələnmə hissəsinin tamamlanmaq üzrə olduğunu bildirib.
“Sözləri mənə məxsus olan mahnının musiqisini Kamal müəllim bəstələyir. Mahnını Flora Kərimova ifa edəcək. Mahnı ilə bağlı onu deyə bilərəm ki, hələ ki proses davam edir. Yəqin ki, yaxın günlərdə bu layihə tamamlanar”.