Kəmaləddin Heydərovun oğlu Ronaldinyonu Bakıya gətirdi - FOTOLAR

Kəmaləddin Heydərovun oğlu Ronaldinyonu Bakıya gətirdi - FOTOLAR
SOSİAL
00:50 21.10.2016
9948
"Qəbələ”nin prezidenti Tale Heydəroun dəvəti ilə Bakıya gələn dünyanın məşhur futbolçusu Ronaldinyo Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib. 

AZXEBER.COM xəbər verir ki, dünya ulduzunun Bakıda olmasına səbəb "Qəbələ” klubunun təşəbbüsü ilə superulduzun adına ölkəmizdə futbol akademiyasının açılmasının nəzərdə tutulmasıdır. 

O yerli jurnalistlərin suallarını da cavablandırıb. Mətbuat konfransında səslənən sualları təqdim edirik:

- "Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?

- Təxminən bir ay yarım əvvəldən "Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq.

- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?

- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.

- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?

- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidi.

- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?

- Deyə bilmərəm, harda jurnalist daha çox gəlirdi. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza "çox sağ ol” deyirəm.

- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...

- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.

- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?

- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?

- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.

- Azərbaycanlı futbolçulara nə məsləhət görərdiz ki, sizin getdiyiniz yolun yarısını gedə bilsinlər?

- Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdı. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar.

- Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?

- Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).

- Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısız?

- Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona görə ki, gözəl futbol oynamışam, öz stilim olub.

- "Qəbələ”dən təklif alsanız, burda oynayarsınızmı?

- Niyə də yox? Hər şey ola bilər.

- İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız?

- Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdu. Hamı necə həyat yaşadığımı bilir.

- Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, biz avara, bədbəxt olardıq. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı?

- Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldu. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orda insanların çoxu son mundialın orda keçirilməsini arzu edirdi.

- Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi?

- Bizim güclü komandamız var idi. Həmin komandada ulduzlar var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldu.

- Karyeranızda ən böyük peşmanlığınız nədi?

- Heç bir peşmanlığım yoxdu. Həyatımdakı hər addımı düz atmışam.

- Özünüzü, yoxsa futbolu çox sevirsiniz?

- Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyosuz. 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı