Türkiyəli jurnalist Bircan Balinin qatıldığı proqramda verdiyi açıqlamalar gündəmə bomba kimi düşüb.
AZXEBER.COM Türkiyə mətbutına istinadən bildirir ki, Ayla Çeliklə bağlı təəccüblü iddia irəli sürüb.
Balinin açıqlamasına görə, illərdir komada qaldıqdan sonra dünyasını dəyişən Kənan İşıqla məşhur müğənni Ayla Çelik arasında gizli eşq yaşanıb.
Bali, "Kənan Işık idmandan sonra duş qəbul edərkən yıxılıb komaya düşməsəydi, o gün Ayla Çelikə görüşəcəkdi. Ayla Çelik ictimaiyyət arasında məsum və saf imici ilə tanınsa da, Kənan Işıkla qeyri-qanuni münasibətdə idi” deyərək hər kəsi şoka salıb.
Bircan Bali iddialarını daha da gücləndirərək, "Kənan Işık xəstəxanadan çıxanda onu ilk ziyarət edənlərdən biri Ayla Çelik olub. Kimsə bu vəziyyəti inkar etmək istəyirsə, mənim sübutlarım var. Lazım gəlsə, mən bu sənədləri təqdim edərəm" deyə bildirib.
Qeyd edək ki, Ayla Çeliyin məşhur "Bağdat" mahnısını da məhz Işık üçün yazdığı iddia olunub.
Aysel