Kənan Məmmədov Cengiz Güllə görüşdü

Kənan Məmmədov Cengiz Güllə görüşdü
İQTİSADİYYAT
17:30 08.05.2014
2395

ARDNŞ Türkiyə Nümayəndəliyinin direktoru, Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin sədri Kənan Məmmədov Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk – Azərbaycan İş Şurasının sədri Cengiz Gül və Şuranın idarə heyətinin üzvlərini qəbul edib. 

AZXEBER.COM xəbər verir ki, səmimi və mehriban şəraitdə keçən görüşdə qonaqlara ARDNŞ – nin fəaliyyəti haqqında ətraflı məlumat verən Kənan Məmmədov Azərbaycanın yüksək templərlə dinamik inkişaf etməsində şirkətin mühüm rol oynadığını qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açıb. Kənan Məmmədov öz çıxışında Azərbaycanın müstəqilliyinin tanınmasından bu günə qədər Azərbaycan – Türkiyə arasında əməkdaşlığın gözlənildiyi kimi, yalnız və yalnız yüksələn xətt üzrə inkişaf etdiyini, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakının da hər zaman bütün məsələlərdə Ankaraya dəstək verdiyini, bu gün iki dövlət arasında münasibətlərin sadəcə siyasi müstəvidə deyil, iqtisadi və mədəni müstəvidə də inkişaf etdiyini, Azərbaycan və Türkiyəni dünyanın energetika siyasətini dəyişdirə biləcək iqtisadi layihələrin də birləşdirdiyini qeyd etmişdir. K. Məmmədov onu da vurğulamışdır ki, bugün fəxarətlə qeyd etmək yerinə düşər ki, Türkiyədə ən böyük xarici sərmayədar ARDNŞ – dir və Azərbaycanın da ən böyük xarici sərmayəsi məhz ARDNŞ tərəfindən qardaş Türkiyəyə yatırılıb.

Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin bu ilin əvvəlində növbəti ümumi yığıncağının keçirildiyini, yeni tərkibdə idarə heyyətinin seçildiyini qonaqların diqqətinə çatdıran K. Məmmədov, Birliyin fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və digər aidiyyati dövlət qurumlarının verdiyi önəm, Birliyin Azərbaycan – Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafında oynaya biləcəyi mühüm rol barəsində danışmışdır. Görüşdə Türkiyədəki Azərbaycanlı İşadamları Birliyi ilə DEİK arasında əməkdaşlıq imkanları müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlara Azərbaycanın milli suveniri hədiyyə olunub, xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb