İctimai Televizyanın əməkdaşl Aydın Muradov rejissor Kənan MM-dən şikayət edib.
AZXEBER.COM xəbər verir ki, buna səbəb Kənan MM-in, A.Muradovun fotosunu yayımlayaraq, onun ünvanına tənqidlər yazması olub.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Kənan, belə bir şikayətdən xəbərsiz olduğunu bildirib:
"Həmin şəxsin mənimlə bağlı olan yazısından xəbərsizəm. Sizdən eşidirəm ki, məndən
şikayət etməyə hazırlaşır. O adam məni sosial şəbəkədə qara siyahıya salıb. Ona görə də yazısını görməmişəm. Mən o insana cavab verməyi lazım bilmirəm. Belə bir fikri varsa, buyursun, versin".
Aysel Hacızadə