Kənandan “Vicdan haqqı”nın Larisasına ismarıc: Kimin ürəyi necə istəyir, elə öpüşsün

Kənandan “Vicdan haqqı”nın Larisasına ismarıc: Kimin ürəyi necə istəyir, elə öpüşsün
MAQAZİN
22:09 21.12.2019
2031
Heç mən bilməmişəm ki, o öpüş məsələsini gözəl aktrisamız Çimnaz Sultanova deyib. Çimnaz xanımla mənim çox gözəl münasibətim var. Aramızda heç vaxt söz-söhbət olmayıb.

AZXEBER.COM xəbər verir ki, bu sözləri məşhur rejissor və aktyor Kənan Mahmudov Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Aktrisa Çimnaz Sultanovanın "Azərbaycanda öpüş səhnələrini çəkə biləcək rejissor yoxdur” fikrinə K.Mahmudov bu cür münasibət bildirib:

"Yenə də təkrar edirəm, mən bu yaşdan sonra heç kimə öpüşməyi öyrədəsi deyiləm. Mənim əskim tüstülüdür, güclə canımı qutarmışam. Kimin ürəyi necə istəyirsə, elə də, öpüşsün” (gülür).

Məşhur daha sonra "İnstagram”da baş verənlərə, haqqında yazılan xəbərlərə etiraz etdi:

"İnstagram”da 50-dən çox xəbər səhifəsini yazdıqları iyrənc başlıqlara görə qara siyahıya atmışam. Həmin xəbər başlıqlarını oxuyanda özümdən aslı olmayaraq əsəbləşirəm. Başlıqla xəbərin içindəki üst-üstə düşmür, heç aidiyyatı belə olmur.

Keçən dəfə görürəm ki, haqqımda xəbər paylaşılıb. Başlığa isə yazıblar "Kənanı heç yerdə belə görməmisiniz”. Maraqlı gəldi, girdim uşaqlıq şəkillərimə baxdım (gülür). Artıq mən o etapı keçmişəm. Tək mənim üsyanımla bu kimi məsələlər düzəlmir”.

Türkiyədə reytinqləri alt-üst edən "Savaşçı” serialında Bəxtiyar obrazını canlandıran Kənan M.M bundan sonra qardaş ölkədə seriallarda deyil, yalnız filmlərdə rol alacağını deyib, həm rejissorluq, həm də aktyorluq karyerasını Azərbaycanda davam etdirəcəyini diqqətə çatdırdı:

"Türkiyədə yalnız filmlərdə oynayacam. Seriallara çəkilməyəcəm. Çünki seriala çəkilmək həm çox zaman alır, həm də insan həddindən artıq yorulur. Türkiyədə "Ən çətin şərtlərdə lentə alınan serial hansıdır?” sualı ilə sorğu keçirilib. Səs çoxluğu ilə "Savaşçı” serialının adı çəkilib.

Əsgərlikdə heç o qədər "uniforma” geyinməmişdim. Müğənni Mahsun Kırmızıgül zarafatla mənə deyirdi ki, sənin əsgərliyin bitməyib, Əskişəhərdə davam edir. Çox soyuq şəhərdir, baxmayaraq ki, mən Naxçıvanda böyümüşəm, ora da soyuqdur. Fikirləşirəm ki, edə biləcəyimi etdim. Orada qalsam belə, daha çox uğur əldə edəcəyimi düşünmürəm. O uğuru istəyirəm Azərbaycana daşıyım”.

Türkiyədə aldığı qonorardan söhbət düşəndə isə Kənan razılıq etdi:

"Türkiyədə çəkilişlər zamanı bir çox çətinliklər yaşasam da, qarşılığında aldığım qonorar ona dəyər. Sənətə olan sevgi başqadır. Sənə milyon da versələr, o işi bacarmırsansa, alınmayacaq. Türkiyədə mənim çəkdiyim filmləri izləyib, adımı "ağladan adam” qoydular. Əgər insan A nöqtəsində uğurludursa, o, B nöqtəsində də uğurlu ola bilər. Amma mənim yaşadığım və aid olduğum yer Azərbaycadır. İstəyirəm ki, karyeramı burada davam etdirim”.

Aktyorluq karyerasını Türkiyədə uğurla davam etdirən Kənan, son illər Azərbaycanda çəkilən kliplərdən narazı olduğunu bildirdi:

"İndi heç kimə klip lazım deyil. Başlarını çəkib qoyurlar, onunla  da kifayətlənirlər. Təsiredici ekran işi yoxdur. Xalq artisti Faiq Ağayevin "Ayrılma məndən”, Röya Ayxanın "Söylə”, İradə İbrahimovanın "Yaşanalar” kimi kliplərindən yoxdur. Çəkdikləri kliplərin hekayələri olmur”.

Kənan Mahmudov yaxın aylarda ərsəyə gətirəcəyi işlərin anonsunu verməyi də unutmadı:

"Yeni ildən sonra ATV kanalında 40 bölümlük bir dram serialının çəkilişlərinə başlayıram. Kanal ilə bu gün razılığa gəldik.

Yeni mövsümdən izləyəcəyiniz serial fərqli mövzuda olacaq. Baş rola aktrisa Günəş Mehdizadəni fikirləşirəm. Onun da serialı mart ayında bitir. Günəş işində məsuliyyətlidir, problem yaratmır, kaprizi yoxdur. "Qayıdış” filmində bizi cütlük kimi bir-birimizə çox yaraşdırdılar. "Qayıdış-2”ni də tələb edirdilər. Ümid edirik ki, daha bir uğura imza atacağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
19:04 24.09.2025
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
18:50 24.09.2025
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
18:35 24.09.2025
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
Meloni və Şaraa ABŞ-da görüşüb
18:19 24.09.2025
Meloni və Şaraa ABŞ-da görüşüb
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
17:48 24.09.2025
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
17:40 24.09.2025
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
Almaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
17:34 24.09.2025
Almaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb
17:25 24.09.2025
İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb
Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız
17:23 24.09.2025
Trampdan İlham Əliyevə: Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız