Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən AZXEBER.COM-a verilən məlumata görə, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq.
Bu səbəbdən "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə sabah saat 11:30-dan 12:30-a qədər Kəngərli rayonunun Qıvraq qəsəbəsində və bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.