Keniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda 136 nəfərin həyatını itirdiyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, on minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı Keniyada hökumət 15 milyon dollarlıq büdcə ayırıb və fövqəladə vəziyyət elan edib.
Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı (BMT) Keniyanın şimalındakı Efiopiyada sel fəlakətinin yaşandığını açıqlayıb.
BMT Efiopiyada daşqınlar nəticəsində 57 nəfərin öldüyünü açıqlayıb.
Efiopiyada daşqınlar səbəbiylə 600 min insanın didərgin düşdüyünə diqqət çəkən BMT vəba hadisələrinin də artdığını bildirib.
Ayşən