Keniyada etirazlar zamanı 42 nəfər həyatını itirdi

DÜNYA
12:48 27.09.2024
129
Kenyada ölkə daxilində "2024-cü il Maliyyə Qanunu”na qarşı keçirilən nümayişlərdə 42 nəfərin öldüyünü açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kenya Daxili İşlər Nazirliyi məlumat yayıb. 
 
Nazir Kithure Kindiki Milli Assambleyada verdiyi açıqlamada etirazlar zamanı 42 nəfərin öldüyünü, 132 nəfərin itkin düşdüyünü, 1208 nəfərin həbs edildiyini bildirib.
 
Etirazçılara atəş açan təhlükəsizlik qüvvələrini müdafiə edən Kindiki öz açıqlamasında bildirib:
 
"Parlamentin işğalı zamanı polis öldürücü güc tətbiq etməsəydi, bu gün mövcud olan Keniyaya heç vaxt sahib ola bilməzdik" 
 
Qeyd edək ki, iyunun 18-dən başlayaraq ölkənin müxtəlif şəhərlərində 2024-cü il Maliyyə Qanun layihəsinə etiraz edənlər, əksəriyyəti ölkədə gənclərdir.
 
Oksana


OXŞAR XƏBƏRLƏR