Keniyada internat məktəbində yanğın: 18 uşaq öldü, 27-i zəhərləndi

DÜNYA
11:17 09.09.2024
115
Keniyada internat məktəbinin uşaq yataqxanasında dəhşətli yanğın hadisəsi baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş verən yanğında 18 şagird ölüb, 27 şagird xəstəxanaya yerləşdirilib.
 
Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua yanğın zamanı 150-dən çox uşağın yatdığını və təxminən 70 uşağın hələ də itkin düşdüyünü bildirib.

Yanğının səbəbi hələ müəyyən edilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR