Keniyada internat məktəbinin uşaq yataqxanasında dəhşətli yanğın hadisəsi baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş verən yanğında 18 şagird ölüb, 27 şagird xəstəxanaya yerləşdirilib.
Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua yanğın zamanı 150-dən çox uşağın yatdığını və təxminən 70 uşağın hələ də itkin düşdüyünü bildirib.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Mikayıl