Müxalifətçi deputat Çarlz Onqondo motosikletli hücumçular tərəfindən güllələnib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Keniyanın paytaxtı Nayrobidə baş verib.
Belə ki, Keniyanın qərbindəki Kasipul seçki dairəsini təmsil edən Were motosikletlə onun olduğu maşını izləyən iki silahlı şəxsin hücumuna məruz qalıb.
Avtomobilinin sürücüsü hücumdan sağ çıxsa da, Çarlz Onqondo aparıldığı xəstəxanada dünyasını dəyişib. Prezident Uilyam Ruto polisə hücumla bağlı tam təhqiqat aparmağı tapşırıb və əlavə edib:
"Məsuliyyət daşıyanlar cavab verməlidir”.
Oksana