Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.
AZXEBER.COM xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə hələ ki xalı yoxdur.
Qeyd edək ki, IV Tura sentyabrın 14-də yekun vurulacaq.