"Kəpəz”də yeni baş məşqçi təyinatı rəsmiləşib.
AZXEBER.COM xəbər verir ki, bu Tərlan Əhmədovdu.
Yeni baş məşçinin təqdimat mərasiminin bu gün saat 15:45-də Gəncə Gənclər Evində başlayacaq.
Tərlan Əhmədovun məşqçilər korpusunda Vidadi Rzayev, Ceyhun Tanrıverdiyev və Nadir Şükürovun yer alacağı dəqiqləşib. Daha bir nəfəri isə Əhmədov özü ilə Bakıdan aparacaq.
AFFA-nın nəzarətində olan kluba bu təyinat Elxan Məmmədovun təşəbbüsü və xeyir-duası ilə gerçəkləşib.