"Kəpəz"in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
İDMAN
09:32 04.02.2026
263
Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
AZXEBER.COM xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.