Kəramət Böyükçöl dərslərindən aldığı 2-lərlə 22 yaşıını qeyd etdi - ŞEİR

Kəramət Böyükçöl dərslərindən aldığı 2-lərlə 22 yaşıını qeyd etdi - ŞEİR
KÖŞƏ
01:04 16.12.2011
8817

AZXEBER.COM portalı gənc şair-yazıçı Kəramət Böyükçölün şeirlərini təqdim edir...

xatirə soyqrımı  K+İ=Love yazdığımız divarı söküblər indi, plana düşmüşdü həmin ev. üstünə söz yazdığımız ağac da qurudu, sözümüz söz olmadığından. susdu ağaclar, yarpaq dodaqlarında, küləklər susdu dənizin dalğa yanaqlarında, küləklər yudu küçələrdən ayaq izlərimizi, boş-boşuna əsir küləklər, yad adamlara dəyir indi bizə dəyən küləklər. qoşa şəhid şəkili kimi asılı qalıb havanın divarından biz əyləşən skamya. sərçə dimdiklərinin ümidi idik, uçub getdilər, dönərimizə şərik çıxan pişiklər küsüb getdilər, yanımıza qaçıb gələn dilənçi uşaq hər gün pusur yollarımızı ümidli gözləriylə... küçələr acından öldü ayaq izlərimiz üçün. boyadılar bu şəhərin üzünü, boyadılar. qaldı altında xatirlərimiz...

əliqulu müəllimin dərsində... hər gün mühazirədə sən yatan otağın havasından udmaq, ya da sən oxuyan kitabın səhifəsi olmaq, və ya şəkil olub palazınızın altında gizlənmək haqqında düşünürəm.

hər sevgi romanının içindən sən çıxırsan, içində sən olan hər şeyi əzbər bilirəm, tələbəliyim səni əzbərləmək və bir də hər səhər yolunun üstündə durub sənə salam vermək qədər şirin keçdi.

bütüm kəsirlərim sənə görədi, saçlarımın pırtdaşıqlığı, tör-töküntülüyüm də...

dərslərimdən aldığım “2” lər kimi, indi başını aşağı dikib 22 yaşım, utandığından, ya da sənin ağırlığından.

dodağında söz olmaq arzusu, yıxılıb küçədə ölmək kimidi, elə istəyirdim ki, sən də Böyükçöl olasan. yəni, xanımım.

sən öl, bu saat oturduğum seminar dərsi, qulaqlarımda toy səsi kimidi indi.

bəs nədi? bir telefon səsinin səni yuxudan oyatmağı məni sevməyin deyilmi? hər dəfə televizora baxanda “ah, susun-susun, tərəzi bürcüdü, qoyun qulaq asım” - deməyin məni sevməyin deyilmi? “tərəzilər külək kimi əsən olur” - eşidəndə tez durub qapıları açmağın məni sevməyin deyilmi? sonra da əllərini yağışla yuyub, küləklə qurutmağın, siqaret tüstüləri üçün darıxmağın, Orxan Pamukun romanlarını oxumağın, Müşfiqi adın kimi əzbərləməyin məni sevməyin deyilmi? dağlarda sıxılıb çöllərə qaçmağın, saçlarını küləklə yumağın, şeirlə yatıb, şeirlə durmağın məni sevməyin deyilmi? gecələr günəşi verib yuxuya, ulduzları saymağın, ayla pıçıldaşmağın, məni yuxuda görəsən deyə işığı söndürüb, qaranlığı otağına doldurmağın məni sevməyin deyilmi? susayanda adımı pıçıldamağın, üşüyəndə qollarını qucaqlamağın məni sevməyin deyilsə, bəs nədi?

Şuşa

əl çaldıq düşdü silah ah-ah pah-pah of-of uf-uf ay-ay oy-oy uy-uy vay-vay bıy-bıy boy-boy maaaa mama məəəə məmə baaaa baba bəəəə bəbə nəəəə nənə qan qan-qan qanı qan qana qan cana can can-can Azərbaycan

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib