Kərəm Həsənovun dövlət büdcəsindən taladığı milyonlar: Pulları necə gizlədir?

Kərəm Həsənovun dövlət büdcəsindən taladığı milyonlar: Pulları necə gizlədir?
SOSİAL
14:24 04.02.2017
9350
Dövlət əmlakının özəlləşdirilməsi prosesi ilk olaraq 1995-1998-ci illəri əhatə edir. Devalvasiyadan sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bir çox dövlət əmlakı satışa çıxarılmağa başlanılıb. Zaman-zaman satışa çıxarılan dövlət əmlakının siyahısı, hərracların gedişatı barədə media vasitəsilə məlumat verilir. Amma Azərbaycan ictimaiyyəti keçirilən hərraclara hələ də inanmır və etimad etmir. Yəni bu hərracların keçirilməsində neqativ halların qaldığına inanlar var.

Məsələ ilə bağlı danışan hərrac məsələləri üzrə ekspert Hafiz Babalı deyib ki, 2016-cı ilin sentyabr ayına qədər keçirilən hərracların əksəriyyətini məhkəmə qaydasında mübahisələndirmək mümkündür:

"Çünki hərraca çıxarılan müəssisələrin həm qiymətində, həm də bu hərracların şəffaflığı baxımından çoxlu sayda şübhəli məqamlar var. Yəni burada həm əmək kollektivlərinin hüquqlarının pozulması, həm əmlakın bazar qiymətinə uyğun olub-olmamasını mübahisələndirmək mümkündür. Qanunvericiliyə əsasən, hərraca çıxarılan əmlakın qiyməti bazara uyğun olmalıdır ki, sonra daha yaxşı qiymətə satılsın. Keçən ilin sentyabrına qədər keçirilən 99/100-da rəqabətlilik prinsipinə əməl olunmayıb. Yəni əmlaklar o halda satışa çıxarılıb ki, əksər hallarda onların konkret alıcısı olub və satılıbdır. Təsadüfi halda hərracda qeyri-yaşayış sahələrinin satılmaması müşahidə olunub. Amma bu, istisnadır.

Prezidentin ötən ilin may və iyun aylarında verdiyi fərmanlardan sonra bu porses sanki yeni bir məcraya düşdü. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə əməl etməyə çalışır. Burada da müəyyən nöqsanlı cəhətlər, çatışmazlıqlar var. Amma bir daha qeyd edirəm ki, buna qədər aparılan özəlləşdirmədəki pozuntular, dövlət büdcəsindən yayındırlan vəsaitlər və digər məsələlər çoxlu şübhələr doğurur. Buna görə də sözügedən sahəyə məsul olan, xüsusilə komitə sədri, müavinləri, şöbə müdirləri, əmlakın qiymətləndirilməsinə cavabdeh olan şəxslər birbaşa məsuliyyət daşıyırlar. Təəssüflər olsun ki, Azərbaycanda özəlləşdirməyə dövlət və ictimai nəzarət olmadığına görə biz bu hallarda məsuliyyət tədbirlərini görə bilmirik. Eyni şəxslər prosesi davam etdirirlər. Artıq dövlət büdcəsinin doldurulması ilə bağlı tapşırıqlar verilib və komitə özünü buna kökləyib. Hesab edirəm ki, köhnə komanda ilə yeni işi görmək düzgün deyil. Komanda yenilənməlidir, komitəyə daha layiqli insanlar gəlməlidir. Fikir verirsinizmi, hələ də cəmiyyətdə şübhələr var ki, Azərbaycanda həqiqətənmi hər şey qaydasındadır, dövlət əmlakının hərracı qanuni əsaslarla keçirilir? Bu, mənfi təcrübənin nəticəsidir ki, biz hərracların doğru-düzgün keçirilməsinə inanmırıq. Bu inamsızlığı aradan qaldırmaq üçün kardinal dəyişikliklərə ehtiyac var”.

H. Babalı deyib ki, bu gün hərraca çıxarılan əmlakların böyük əksəriyyəti bir investorun təklifinə əsasən özəlləşdirilir və qiymət artımları müşahidə olunmur: "Hərraca çıxarılan əmlak elə hərrac qiymətinə də satılır. Eyni zamanda informasiyanın geniş auditoriyaya çatdırılmasında da nöqsanlar var. Artıq bu informasiya təminatı məsələsidir. Bu məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət büdcəsindən külli-miqdarda vəsait əldə edir. Söhbət milyonlardan gedir. Əmlak komitəsi milyonlar xərcləyir, amma biz onu görə bilmirik. Görünən odur ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əvvəlki kimi hərraclar barəsində məlumatı özünün 3 min tirajla çıxan "Mülkiyyət” qəzetində verir, müəyyən qədər press-relizlər yayır və yeni yaratdığı platforma üzərindən məlumat verilir. Bukletlər olmalıdır və onları əhalinin gur olduğu yerlərdə paylamaq lazımdır. Maraqlı şirkətlərə hərracla bağlı elektron poçtla məktublar göndərmək mümkündür ki, daha çox alıcı kütləsi hərraclara cəlb olunsun. Misal üçün, "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı əlçatan informasiyalar komitə ictimaiyyətə çox xəsisliklə verir. Məlumat ancaq komitənin informasiya bazasında yayılır. Təsəvvür edin ki, bu müəssisənin özəlləşdirilməsi üçün "KPMG” beynəlxalq məsləhət şirkəti dəvət olunub. O şirkət nə iş görüb məlum deyil, amma həmin müəssisəni alacaq tərəf bu məsləhət şirkətinə 160 min manat ödəməli olacaq. "KPMG” beynəlxalq məsləhət şirkətinin bu kombinatın özəlləşdirilməsi üçün xarici investorlar arasında nə iş apardığını vizual olaraq görə bilmirik”. (yenicag.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi