Kərim əsəbiləşdi: ”Əl çəkin bayağı müğənnilərdən”

Kərim əsəbiləşdi: ”Əl çəkin bayağı müğənnilərdən”
MAQAZİN
11:52 22.11.2023
191

"Mən hər kəsi dinləyirəm. İstər sənətkar olsun, istər ara müğənnisi. Mən də bir zamanlar onları qınayanlardan idim, indi yox”.

 

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı” verilişində deyib.


Müğənni şou biznes haqqında səsləndirdiyi sərt fikirləri ilə diqqət çəkib:


"25 il bundan öncəyə baxaq. Şövkət Ələkbərova, Rəşid Behbudov ilə bərabər, Ağadadaş Ağayev də var idi, Baloğlan Əşrəfov da. Yəni o zamanda da belə tərz musiqilər var idi, indi də var. Bu gün bu müğənniləri efirə çağırmaq, burada tənqid etmək, vurmaq, onları daha da qaldırmaqdır. Vallah belədir".

 

Kərim nə üçün bir çox sənət adamının həmin müğənniləri hədəf aldığını da açıqlayıb:


"Çünki onları sevən kütlə, vuran kütlədən çoxdur. Bu da bəzi müğənniləri incidir. Niyə bizi sevən azdır amma bayağı oxuyanları çox. Məsələ budur. Artıq hərənin öz yolu var. Əl çəkin o müğənnilərdən. Hər dəfə çıxıb eyni şeyləri danışmaq məncə çox məntiqsizdir. Bu daha da reklamdır. Bəsdirin, yığışdırın bunları artıq”.

 

Aysel

 

OXŞAR XƏBƏRLƏR