Kerimcan Durmaz həbs edildi - VİDEO

MAQAZİN
13:42 08.01.2025
169
İstanbul Respublika Prokurorluğu tərəfindən sosial media fenomeni Kerimcan Durmazın yayımladığı video və görüntülərdə insanlaı intensiv şəkildə qanunsuz mərc oyunlarına təşviq edən fəaliyyətlərdə iştirak etdiyi əsas götürülərək barəsində istintaq başlamışdı.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən polis tərəfindən saxlanılan Durmazın bu gün çıxarıldığı məhkəmədə həbsinə qərar verilib.
 
İttihamları qəbul etmədiyini deyən Durmaz, "Səhnəyə çıxmaq üçün o məkanda idim. Başqa bir məqsədim yox idi. Qanunsuz mərc reklamı olacağından belə xəbərim yox idi. Öz sosial şəbəkəmdəki paylaşımlarımda belə hallara yol verməmişəm. O məkanda bunun olacağını bilməzdim, mən buna qətiliklə icazə verməzdim" deyib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR