Kərpiç və lampa yeyən uşaq

MARAQLI
11:17 28.09.2011
1442

Amerikada yaşayan 3 yaşlı qız qeyri-adi və inanılmaz xəstəlikdən əziyyət çəkir. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Nataliya Hayhurst qeyri-qida məhsulları yeyir. Qızın ən çox sevdiyi "yemək" isə kərpiç və lampadır. Tibdə "Pica" adlandırılan xəstəlikdən əziyyət çəkdiyi üçün ailəsi uşağı nəzarətsiz qoymur. Belə ki, azyaşlı bir müddət öncə otağındakı lampanı yeyib. Ağır vəziyyətdə olan uşağı çox çətinliklə həyata qaytarmaq mümkün olub. Uşağın anasının sözlərinə görə, bu hadisədən sonra o, lampa yeməyi nisbətən tərgitsə də, bağçada tapdığı daşları, taxta parçalarını iştahla yeyir.

OXŞAR XƏBƏRLƏR