Kerri Əliyev və Sarkisyanla - Qarabağı müzakirə etdi

Kerri Əliyev və Sarkisyanla - Qarabağı müzakirə etdi
SİYASƏT
02:17 26.04.2016
1897
“ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.“Danışıqlar zamanı onlar Dağlıq Qarabağ münaqişəsində tərəflərin (Azərbaycan və Ermənistanın) atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə ediblər”, - deyə Kirbi brifinq zamanı bildirib.Con Kerri həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edib.APA
OXŞAR XƏBƏRLƏR