Kəsdiyi ağacın altında qalaraq öldü

Kəsdiyi ağacın altında qalaraq öldü
SOSİAL
10:28 23.12.2018
6401
Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, hadisə Danaçıkəndi ərazisində qeydə alınıb. 

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR