ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petraus dünən Ankaraya gəlib və bəzi görüşlər keçirib. AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Petrausun baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşdüyü bildirilib. MKİ rəhbərinin Ankara səfərinin detalları gizli saxlanılıb. Lakin sonra ABŞ səfirliyindəki mənbələr səfərlə bağlı xəbərləri təsdiqləyiblər. MKİ rəhbərinin baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildiyi, MİT rəhbəri Hakan Fidanla görüşdüyü bildirilib. Səfirlikdəki mənbələr görüşlərdə regional təhlükəsizlik məsələləriylə yanaşı, terrorla mübarizədə əməkdaşlıq və iki ölkənin kəşfiyyat qurumları arasında əlaqələrin gündəliyə gəldiyini bildiriblər.