Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb - RƏSMİ

Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb - RƏSMİ
SOSİAL
12:09 18.01.2019
3236
Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

AZXEBER.COM xəbər verirki, bunu report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. 

Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.
OXŞAR XƏBƏRLƏR