"Keşlə" klubu Avropa Liqasında mübarizəni dayandırdı
İDMAN
23:53 19.07.2018
11784
"Keşlə” klubu Avropa Liqasında Malta "Baltsan"ı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.
"Report" xəbər verir ki, "Dalğa Arena”da keçirilən oyun ”Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Səfərdə baş tutan ilk görüşdə 1:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Avropa Liqasındakı mübarizəni dayandırıb.
Qeyd edək ki, Maltanın "Baltsan” klubu Avropa Liqasının II təsnifat mərhələsində Slovakiyanın "Slovan” komandası ilə qarşılaşacaq.
Avropa Liqası II təsnifat mərhələsi, cavab oyunu 21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta) - 2:1
Qol: Sezar Meza Kolli, 11 (penalti). Slavik Alxasov, 90 - Andriya Maydevac, 90
Baş hakim: Mixail Vilkov
Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç
Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Bakı. "Dalğa Arena”
İlk oyun – 1:4