Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir
SOSİAL
16:40 11.04.2026
503
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

Bu barədə AZXEBER.COM-a Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd edilib ki, kollektor üzərində aparılan işlərlə bağlı ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub.

Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.

Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.

Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib. Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
19:28 15.09.2026
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
19:07 15.09.2026
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
18:50 15.09.2026
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
18:39 15.09.2026
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
18:27 15.09.2026
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
18:13 15.09.2026
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
18:03 15.09.2026
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”