Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu

Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
SOSİAL
14:25 05.04.2026
1418
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində intensiv yağışlar nəticəsində yaranmış problemin səbəbi məlum olub.

Problem uzun illər əvvəl Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən ikimərtəbəli evlə bağlıdır.

Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranıb.

Gələcəkdə belə halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülərək kollektorun bərpa edilməsi zəruri sayılır.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidən sakinləri təxliyə edir.
 

OXŞAR XƏBƏRLƏR