Keşlədə kollektorun üzərində tikilmiş evin söküntüsünə başlanılıb
SOSİAL
20:43 05.04.2026
399
Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.
AZXEBER.COMxəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.
Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.
Məlumata görə, gələcəkdə belə halların qarşısının alınması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülməsi və kollektorun bərpa edilməsi zəruri hesab olunur.